Ru
15:17 / 28 Noyabr 2026

Nazir bu xəbəri prezidentə ağlayaraq çatdırdı

Nazir bu xəbəri prezidentə ağlayaraq çatdırdı
Eye

Türkiyədə ekskursiyadan qayıdarkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən 3 nəfər xilas edilib.


"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, Kocaelidən Boluya ekskursiyaya gedən uşaqları daşıyan mikroavtobus geri qayıdarkən Düzcenin Yığılca rayonunda palçığa batıb.

Nəqliyyat vasitəsinin meşəlik ərazidə hərəkətsiz qalmasından sonra sərnişinlərlə əlaqə kəsilib.

Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Son GPS məlumatları əsasında mikroavtobusun yeri müəyyən edilib.

Saatlarla köməksiz vəziyyətdə qalan 13 nəfər xilasetmə qrupları tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın uşaqların sağ-salamat tapılması xəbərini aldığı an kameralara əks olunub.

Sevinc göz yaşlarına hakim ola bilməyən nazir xoş xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar