Ru
12:10 / 07 İyul 2022

Neft 380 dollar olsa... - "Bloomberg"in proqnozuna ŞƏRH

3218
Xəbər verdiyimiz kimi, ABŞ-ın ən nəhəng banklarından olan JP Morganın analitikləri neftin hər barrelinin qiymətinin 380 dollara qədər bahalaşacağını proqnozlaşdırıb.


Əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq, neft hasilatını kəskin salsa, neft 200 dəfə bahalaşacaq. Qeyd olunur ki, gündəlik rus neftinin 3 milyon barel azaldılması nəticəsində London birjasında bir barel yanacağın qiyməti 190 dollara çatır. Belə davam etsə xam neft də 380 dollar olacaq.




Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Rusiyaya qarşı sanksiyalar davam edərsə, neftin qiymətinin bahalaşması mümkündür.


Ekspert bildirib ki, enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqının həyata keçirdiyi siyasət iflasa uğradı. Neftdən, qazdan asılılığın azaldılmasına istiqamətlənmiş siyasət onunla nəticələndi ki, bu gün neft və qaz təklifi ilə bağlı Avropa bazarında qıtlıq var. Proses payıza və qışa doğru daha da kəskinləşəcək:




”Rusiya amilinin azaldılmasına istiqamətlənmiş bir siyasətinin mənfi effektini görürük. Rusiya qazdan və neftdən əldə etdiyi vəsaitləri kəskin şəkildə artırıb. Digər tərəfdən də enerji bazarında qeyri tarazlıqlar müşahidə olunur. Rusiya-Ukrayna münaqişəsi kontekstində ABŞ və ona müttəfiq ölkələrin Rusiyaya qarşı sanksiyaların tətbiq etməsi də neft və qazın qiymətinin yüksəlməsinə səbəb olub. Reallıq ondan ibarətdir ki, Rusiyanın neft bazarından vurulub çıxarılması ilə bağlı aparılan siyasətin heç bir nəticəsi olmayacaq. Bu əks effekt verməklə qiymətlərin kəskin şəkildə artmasını şərtləndirir. Digər tərəfdən də dünya iqtisadiyyatındakı böhran bütövlükdə qiymət artımını, infilyasiyanı təhlükəli həddə çatdırıb. Belə olan halda da neft və qazın qiymətində artım olmasını proqnozlaşdırmaq mümkündür. Demirəm ki, neft qalxıb 380 dollar olacaq. Ancaq neftin qiymətdə artımın olması gözləniləndir”.



İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Rusiyaya qarşı sanksiyaların genişlənməsi neftin bir barelinin qiymətini 150 dollara kimi qaldıra bilər. Ancaq neftin 380 dollara yüksəlməsi qeyri-mümkündür:




“2008-ci ildə neftin qiyməti 148-149 dollara qədər yüksəlmişdi. O zaman məhz bu artıma görə dünya iqtisadiyyatında ciddi böhran yaşanmışdı. Əgər neftin qiyməti 380 dollara qədər yüksəlsə, dünya iqtisadiyyatı çökər. Fikrimcə, bu absurd bir proqnozdur. 380 dollara neft ola bilməz, bu mümkün deyil. Heç neftin qiymətinin 200 dollara qalxması belə qeyri-mümkündür.Ola bilər ki, neftin qiyməti bir qədər artsın. Rusiyaya qarşı sanksiyaların genişlənməsi neftin qiymətiini artıra bilər. Ancaq neftin 380 dollar olması mümkün deyil”.



Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər