Ru
09:27 / 24 Avqust 2026

"Nişanı qaytardığım qız mənim adımdan toy edir" - Jurnalistdən şok açıqlama - VİDEO

"Nişanı qaytardığım qız mənim adımdan toy edir" -   Jurnalistdən şok açıqlama - VİDEO
Eye

Ötən gün Sumqayıtda bəyin iştirakı olmadan toy keçirilib.

"Bakupost" xəbər verir ki, bu barədə jurnalist İlkin Abbas açıqlama yayıb.

O bildirib ki, yanvar ayında nişanlandığı xanımla 10-12 gün əvvəl ayrılmaq qərarına gəlib. Buna baxmayaraq, keçmiş nişanlısının ailəsi onun razılığı olmadan toy mərasimi təşkil edib.

İ.Abbas qeyd edib ki, hazırda Sumqayıtda yerləşən “Bəyaz Saray” şadlıq evində toy keçirilir və bəy qismində onun adı gedir:

“Son ana qədər gözlədim ki, bu biabırçılığa son qoyulsun. Amma məni buna məcbur buraxdılar. Hazırda Sumqayıtda “Bəyaz Saray" şadlıq evində toy keçirilir. Amma o toyda gəlin var, bəy yoxdur, yəni mən yoxam. Mən o xanımdan 10-12 gün əvvəl ayrılmaq qərarı vermişəm və sivil şəkildə ayrılmışam.

Yanvar ayında onunla nişanlanmışdım. Amma bu ərəfədə o qədər problemlər və əngəllər yaşadıq ki, getdiyimiz yolun sonunu görmədiyim üçün ayrılmaq qərarı verdim. O gündən bəri qız və ailəsi tərəfindən təhdid olunuram. Deyirdilər ki, sən ayrıla bilməzsən, ayrılsan belə toy ediləcək. Necə ki, indi edirlər.
Hazırda Sumqayıtda toy keçirilir. Orada bəy qismində mənim adım gedir deyə bu açıqlamanı verməyə özümü məcbur hiss etdim”.

Lalə Novruz, BakuPost


Şərhlər
  • Bəhi

    Üzrlə, bu xəbərin Kimin yazılı imzalı xahişi-iddiası əsasında yayımladığı tərtibatçı korrektor, redaktor və ya Kimin təkidi ilə *BakuPost* dərc etdiyini nədən, tam açıqlamır? Qızı soyuq Yanvardan sevdin-qərarlaşdınız, qızmar Avqustda qərarınızı dəyişdiniz? Bu təzahürə ən sadə-mülayim münasibətdə Hərdəm Xəyalət xəstəliyi deyilir. Bizlərə nələr yedizdırir, necə və nələrlə havalandırırlar ki, çoxumuz ciddi münasibətli işğuzar bərabər hüquqlu məhsuldar vətəndaş yox, *hərdəm xəyal* oluruq? Sayıq, səhih-dəqiq əvəzinə belə dağınıq və səpgin hal-münasibətimizi qalan dünya aləmi də sezib, boşuna yola vermirmi? Əgər, iyula kimi toysuz kişi kimi evlənmiş olsaydınız, sonrakı yaşamınız necə olacaqddı?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar