Ru
13:49 / 13 Mart 2023

Nobel mükafatı alan "yapon Selinceri" öldü

2485
1994-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alan yapon yazıçısı Kenzaburo Oe 88 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri bildirib.

Kenzaburo Oe Nobel mükafatını "öz poetik gücü ilə reallıq və mifin birləşərək hazırkı bəşəri bəlaların həyəcan doğuran mənzərəsini əks etdirən xəyali dünya yaratdığına görə" alıb.

Əsərlərində o, yapon gənclərinin özünüidentifikasiyası problemlərini araşdırıb. Buna görə də onu "Yapon Selinceri" adlandırırlar. Nobel Komitəsi “M/T tarixi və meşə möcüzəsi”, “1860-cı ilin futbolu” və “Əziz keçmişə məktublar” romanlarını yazıçının əsas əsərləri adlandırıb.

1958-ci ildə Kenzaburo Oe "Heyvanların məzmunu" adlı qısa hekayəsinə görə debütantlar üçün Yaponiyanın ən yüksək ədəbi mükafatını - Akutaqava mükafatını alıb. Yazıçının özü ədəbi üslubunu “qrotesk realizmi” adlandırıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər