Ru
14:24 / 12 May 2026

“Ölüm gəmisi”ndən təxliyə başa çatdı: Hantavirus təşvişi

“Ölüm gəmisi”ndən təxliyə başa çatdı: Hantavirus təşvişi
Eye

Hantavirus şübhəsi ilə gündəmə gələn Hollandiya bayraqlı MV Hondius gəmisindəki son sərnişinlər və bəzi heyət üzvləri də İspaniyanın Tenerife sahillərində təxliyə olunublar.

Bakupost.az xəbər verir ki, 28 nəfərlik son qrup gəmidən endirildikdən sonra hava limanına aparılıb və Hollandiyaya yola salınıb. Təxliyədən sonra gəmi dezinfeksiya olunmaq üçün Rotterdam şəhərinə doğru hərəkət edib. Gəmidə qalan 26 heyət üzvü də həmin marşrutla yola davam edir.

Monika Qarsiya bildirib ki, güclü külək və əlverişsiz hava şəraiti səbəbindən gəmi limanda cəmi bir saat qalıb və təxliyə təhlükəsiz şəkildə həyata keçirilib. Təxliyədən sonra liman ərazisində geniş dezinfeksiya işlərinə başlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus isə sərnişinlərin uzun müddət qapalı məkanda qalması səbəbindən psixoloji çətinliklər yaşadığını deyib. O bildirib ki, bəzi insanların həftələrlə kiçik məkanda qalması ciddi psixoloji gərginlik yaradıb.

Tedros Adhanom Gebreyesus həmçinin bunun yeni COVID tipli qlobal təhlükə olmadığını və risk səviyyəsinin aşağı qiymətləndirildiyini vurğulayıb.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar