Ru
09:26 / 20 Fevral 2023

Ordumuzun polkovnik-leytenantı şəhid oldu - Yenilənib-FOTO

Ordumuzun polkovnik-leytenantı şəhid oldu -  Yenilənib-FOTO
Eye

Azərbaycan Ordusunun zabiti vəfat edib.

Bakupost.az xəbər verir ki, topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar Şümşad oğlu Laçın rayonu istiqamətində xidmət tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən şəhid olub.

Hərbçimizin ölüm səbəbi hələlik dəqiq bilinmir. İlkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.

V.Ağayev bu gün Kürdəmirdə dəfn olunacaq.


Qeyd edək ki, polkovnik-leytenat Vüqar Ağayev 44 günlük Vətən Müharibəsi zamanı döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdi.


Allah rəhmət eləsin!

Ceyran
Baku Post

09:05
***


***

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir.

Allah rəhmət eləsin!




Şərhlər
  • Məmmədov Həsən

    Gözəl insan.Yerin cənnətlik olsun inşAllah

  • Ramilə Adanir

    Canim dostum dəyərli insan Allah sənə rəhmət eləsin.

  • Kamil Əliyev

    Allah rəhmət eləsin ???? ???? ????????

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar