Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qızı ilə birlikdə İrəvanda qondarma soyqırımı ilə əlaqədar keçirilən ziyarət törənində təhqir edilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər erməni Teleqram kanallarında yayılıb.
Belə ki, Akopyanı görən bir qrup ziyarət iştirakçısı “Nikol qatildir”, “Nikol xaindir” şüarları səsləndirməyə başlayıb.
Mühafizəçi Anna Akopyana hadisə yerindən uzaqlaşmağı məsləhət görsə də, o, yalnız qondarma soyqırımı "qurbanları"nın abidəsi önünə gül dəstəsi qoyduqdan sonra oradan uzaqlaşıb.
Zaur, BakuPost