Ru
14:45 / 29 Mart 2024

Pensiyaçıların sayının azalmasının səbəbləri... - Açıqlama

2958
“Əvvəl Azərbaycanda kişilər 63, qadınlar isə 60 yaşında pensiyya çıxırdı. 2017-ci ildən qanunvericiliyə dəyişiklik edildi. Kişilərin və qadınların pensiya yaşı artırılaraq 65-ə çatdırıldı. Kişilərdə bu proses artıq yekunlaşıb və onlar 65 yaşında pensiyaya çıxırlar. Qadınlarda isə hər il 6 ay artırılmaqla 2027-ci ilə qədər proses yekunlaşacaq. Təbii ki, bu proseslər pensiyaçıların sayına təsir edir. Azalma həm də o deməkdir ki, pensiyaçılar daha sürətlə vəfat edirlər. Bu, mənfi haldır. İnkişaf etmiş ölkələrdə isə əhali uzun ömür sürür".


Bunu iqtisadçı-ekspert Xalid Kərimli Bakupost.az -a ölkədə pensiyaçıların sayının azalması məsələsinə münasibət bildirərkən deyib.


O bildirib ki, orta yaşam müddətinin artmasına baxmayaraq, pensiya yaşı artırılıb:

"Ona görə də təbii olaraq pensiyaçılar dünyasını dəyişdikcə daha az insanın pensiya hüququ formalaşır. Nəticədə pensiyaçıların azalması prosesi baş verir".


Ekspert əlavə edib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir:

"Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər