Milli Qəhrəman, şəhid general Polad Həşimovun evində özünün ən sevdiyi mahnı səsləndirilib.
Bakupost.az xəbər verir ki, əməkdar artistlər Füzuli Hüseynov və Aybəniz Həşimova generalın anası Səmayə Həşimovanı ziyarət ediblər.
Ziyarət zamanı Aybəniz Həşimova Milli Qəhrəmanın ən sevdiyi mahnını - “Biri sənsən, biri mən”i ifa edib.
“Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov bildirib ki, Polad Həşimov vaxtilə bu mahnını xüsusi bir sevgi ilə dinləyərmiş.
Ətraflı videoda...
Aysel Məmmədli,
BakuPost