Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polkovnik Vaqif Əsədov idarə etdiyi yeni avtomobili ilə bağlı ciddi problemlə üzləşib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, o, son vaxtlar ölkədə populyarlaşan Çin istehsalı olan "BYD" markalı avtomobil aldığını, lakin sonradan servis və ehtiyat hissəsi tapmaqda böyük çətinlik çəkdiyini etiraf edib.
Sabiq polis rəsmisi qarşılaşdığı vəziyyətdən çaşqınlıq içində olduğunu gizlətməyib:
“Bilmədim səhv etdim, yoxsa düz, amma BYD avtomobili aldım. Lakin indi ölkədə rəsmi servis xidməti olmadığından ehtiyat hissəsi tapa bilmirəm. Özüm də çaşıb qalmışam”.
Qeyd edək ki, son illərdə Azərbaycana gətirilən elektromobil və hibrid Çin avtomobillərinin sayı sürətlə artsa da, sürücülər tez-tez rəsmi servis şəbəkəsinin zəif olmasından və lazımi detalların tapılmamasından şikayətlənirlər. Görünür, bu problem hətta təcrübəli yol polisi polkovnikindən də yan keçməyib.
Cin istehsalı avtomobollərə servis xidmətinin zəif olması İqdisadiyyat nazirliyinin zəifliyidir iqdisadi məsələləri uzlaşdırmaq onun vəzifəsidir
ALLAH Vaqif Əsədov KÖMƏK OLSUN; ALLAH ona sağlam uzun ömür VERSİN
Bize çox lazım idi axı
Ne detal lazim olsa kime hansı çətinlik olsa buyurun mene yazin Cin, Koreya, Dubay, Gürcüstan Amerika bazarlarına baxiram 055 660 65 65 whatsapa yazin