Ru
14:30 / 28 Noyabr 2022

"POS-terminal təqdim olunmursa, şikayət edin" - Azər Badamov

6909
Vergidən yayınma hallarının bir səbəbi də bəzi məkanlarda POS-terminalların olmaması və ya onlardan istifadə edilməməsidir. Təsərrüfat subyektlərində (obyektlərdə) ödəniş kartı ilə ödəniş etməyə imkan yaradan bu elektron avadanlıqdan istifadə edilməməsi, nağd ödənişə üstünlük verilməsi bəzən vergidən yayınmaq məqsədi daşıyır.


Qeyd edək ki, Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 saylı qərarına görə, idman və sağlamlıq kompleksləri, avtomobil və mebel satışı müəssisələri, səhiyyə, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, bilet satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri, hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, eləcə də orta aylıq dövriyyəsi 2000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektlərində (obyektlərində) POS-terminaldan istifadə olunmalıdır.

Lakin qeyd etdiyimiz kimi, bəzi məkanlar POS-terminalın olmadığını və ya işləmədiyini əsas gətirərək vergidən yayınmaq üçün ödənişi nağd tələb edirlər. Bu isə tamamilə qanuna ciddir.


Bəs, müxtəlif obyektlərədə POS-terminallardan istifadə olunması ilə monitorinqlər keçirilirmi? Ümumiyyətlə, POS-terminallardan istifadə olunmasına nəzarət necə təmin olunmalıdır?




Məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı, iqtisadçı ekspert Azər Badamov Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, son illər korrupsiyanın aradan qaldırılması və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində tədbirlər davam etdirilir:


"Məhz bu tədbirlər nəticəsində qeyri-neft sektorundan dövlət büdcəsinə gələn gəlirin həcmi artıb".


Millət vəkilinin sözlərinə görə, şəffaf iqtisadiyyatın elementlərindən biri də ticarət və xidmət obyektlərində əməliyyatların nəzarət-kassa-aparatları və POS-terminallar vasitəsilə aparılmasıdır:


"Son vaxtlar köhnə kassa aparatları yeni nəsil aparatlarla dəyişdirlir. Bu da kassa aparatında aparılan əməliyyatlara vergi xidməti tərəfindən birbaşa nəzarət etmə imkanı yaradır. Digər bir məsələ isə POS-terminalların quraşdırılması və nağdsız əməliyyatların artırılmasıdır. Çox təəssüf ki, bəzi hallarda ticarət obyektlərində və xidmət sahələrində alıcılara müxtəlif bəhanələrlə POS-terminal təqdim edilmir. Əməliyyatların nağd şəkildə aparılmasına üstünlük verirlər. Belə halların qarşısını almaq üçün təbii ki, birinci növbədə alıcı tələbkar olmalıdır. Hansı obyektdə POS-terminal təqdim olunmursa, müvafiq quruma məlumat verilməlidir. Yəni, ticarət və ya xidmət obyektində aparılmış əməliyyatın nağd və ya nağdsız həyata keçirilməsi alıcının istəyindən asılıdır. İkincisi, sahibkarlarda müasir təfəkkür formalaşmalıdır. Sahibkarlıq subyektləri köhnə ənənələrdən xilas olmalı və müasir işləmək üsullarına yiyələnməlidir. Bu həm də sahibkarın fəaliyyətini və işlədiyi obyektdə hesabatlılığını asanlaşdırır”.


Qeyd edək ki, Nazirlər Kabineti 1 yanvar 2020-ci ildə POS-terminaldan istifadədən yayınmağa görə sanksiyaların tətbiqi ilə bağlı qərar verib. Qərara əsasən, belə hallara 1-ci dəfə yol verdikdə 1000 manat, 2-ci dəfə yol verdikdə 3000 manat, 3 və daha çox yol verdikdə 6000 min manat cərimə tətbiq oluna bilər.


Aynur
BakuPost
Şərhlər
  • RÖVŞƏN MƏMMƏDOV

    Pos terminal istediyim halda yanacaq doldurma məntəqəsi mənə təqdim etmədi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər