İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Bakupoat.az xəbər verir ki, yarışda 26 ölkə mübarizə aparır.
***
Avstriyanı təmsil edən JJ (Yohannes Piç) “Wasted Love” adlı mahnısı ilə 436 xal toplayıb və yarışmanın qalibi olub.
İsrail 357 xalla ikinci, Estoniya isə 356 xalla üçüncü yeri tutub.
Azərbaycan finalda İsrail təmsilçisinə səs verib.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib. Qrup mayın 13-də baş tutan ilk yarımfinal mərhələsində finala adlaya bilməyib.