Ru
10:12 / 12 İyun 2025

Putinin məqsədi başqadır - Zelenskidən açıqlama

Putinin məqsədi başqadır -  Zelenskidən açıqlama
Eye

"Rusiyanın Ukraynaya qarşı 500-ə qədər dronla həyata keçirdiyi hücumlar, Ukrayna xüsusi xidmət orqanlarının keçirdiyi "Hörümçək toru" adlı xüsusi əməliyyata cavab deyil. Əsl səbəb tamamilə başqadır."

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BILD-ə verdiyi müsahibəsində danışıb:

"Bu cəfəngiyyatdır. Hətta həmin əməliyyatdan əvvəl Rusiya rekord sayda hücum həyata keçirib"

Zelenskinin sözlərinə görə, Vladimir Putin müharibəni davam etdirmək üçün bəhanələr axtarır və əheç vaxt müharibəni bitirmək istəməyib. Onun məqsədi həm Ukraynanı zəiflətmək, həm də beynəlxalq ictimaiyyəti çaşdırmaqdır.

Zelenskinin fikrincə, bu hücumların əsas məqsədi Ukraynanı təzyiq altında saxlamaqdır:

Müharibənin başa çatması ilə bağlı danışıqlara gəlincə, Zelenski bildirib ki, Ukrayna tərəfi Rusiyaya inanmır:

"Onlar Trampa göstərmək istəyirlər ki, guya Ukrayna ilə Rusiya arasında diplomatik körpü var. Beləliklə, danışıqlar getdiyi müddətdə Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasın. Əgər sanksiyalar tətbiq olunsa, danışıqlar dayanacaq".

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar