Ru
23:00 / 13 May 2022

Qadınlarda çənənin ağrıması infarktın əlaməti ola bilər

17743
Qadınlarda çənədə yayılan sancı, ağrı ürək problemlərinin əlaməti ola bilər.

Bakupost.az xəbər verir ki, NBC-in tibbi əməkdaşı Natali Azar qadınları xəbərdar edib.

Çənəyə, çiyinə yayılan yandırıcı ağrı, yəngnəfəslik, daimi yorğunluq ölümcül infarktın xəbərçisidir.

Qadınlarda bu xəstəlik gizli gedir, çox zaman güclü ağrılar olmur.

Xüsusən qadınlar özü keçib gedər deyə düşünüb həkimə getmir.

“Bədəninizdə adət etmədiyiniz dəyişikliyə diqqətli olun. Çənəniz durduğu yerdə ağrıyır və 3 gündür özünüzü qəribə hiss edirsiz. Ürək ağrısını təkcə sinədə gözləməyin.

İstənilən halsızlıq, ağrı zamanı birinci ürəyi yoxladın, digərləri gözləyə bilər.

Qan damarında laxtalanma, tromb olanda sinədə ağrı, təngnəfəslik, azca gəzən kimi tövşümə olur. Belə halda özünüzü sığortalamaq üçün ürəyi müayinə etdirin.

Bu əlamət astma, ağciyər, zob zamanı da olur. Lakin birinci yerdə ürək dayanır”.

Son zamanlar qadınlarda infarkt halları artıb. Erkən klimaks olanlarda hormonal balans artıq ürəyi qoruya bilmədiyi üçün 45 yaşdan sonra risk çoxalır.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər