Ru
14:57 / 28 Noyabr 2026

Qan analizi verənlərin çoxu bu səhvlərə yol verir

Qan analizi verənlərin çoxu bu səhvlərə yol verir
Eye

Qan analizinin nəticələrinin dəqiq olması üçün müayinədən əvvəl bir sıra qaydalara əməl etmək vacibdir.

"Bakupost" “Yeni Sabah”a istinadən xəbər verir ki, Yeni Klinika qan analizi verməyə hazırlaşan şəxslərə bir sıra tövsiyələr verib.

Bildirilib ki, rutin biokimyəvi və hormon analizləri üçün 8–12 saat ac qalmaq tələb olunur. Bu müddətdə adi su içməyə icazə verilsə də, qəhvə, tünd çay, enerji içkiləri, qazlı və şəkərli içkilərin qəbulundan çəkinmək lazımdır.

Həmçinin analizdən əvvəl ağır və yağlı yeməklər yeməmək, intensiv fiziki fəaliyyətdən uzaq durmaq tövsiyə olunur. Qan verməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə dincəlmək də vacib məqamlardan biridir.

Klinikanın tövsiyələrinə əsasən, analiz verən şəxslər qəbul etdikləri dərmanlar barədə həkimi məlumatlandırmalıdırlar. Dərman qəbulunu isə özbaşına dayandırmaq olmaz.

Bundan başqa, analizdən əvvəl alkoqol və siqaretdən çəkinmək tövsiyə edilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar