Ru
10:52 / 20 Oktyabr 2026

Qazaxda təcili yardımla bağlı problem araşdırıldı – TƏBİB-dən açıqlama

Qazaxda təcili yardımla bağlı problem araşdırıldı –  TƏBİB-dən açıqlama
Eye

103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilməsi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən araşdırılıb.

Bu barədə TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib.

"Qeyd olunan və analoji halların qarşısının alınması, eləcə də vətəndaş müraciətlərinin operativ qəbulunun təmin edilməsi məqsədilə regionlar üzrə müvafiq bölmələrin dispetçerlərinə tapşırıqlar verilib.

Tapşırığa əsasən zəng aidiyyəti olmayan rayonun 103 xidmətinə daxil olsa belə, dispetçer müraciəti qəbul etməli, zəruri məlumatları qeydə almalı və çağırışın müvafiq bölmə üzrə yönləndirilməsini təmin etməlidir.

Hər bir vətəndaş üçün əlçatan olmaq və müraciətlərə operativ reaksiya vermək bizim əsas vəzifələrimizdəndir", - deyə TƏBİB-dən əlavə olunub.

Xatırladaq ki, Qazax rayonunun “Təzə məhəllə” adlanan ərazisinin sakinləri 103-ə zəng etdikdə Ağstafa rayonuna yönləndirildiklərini, oradan isə yaşadıqları əraziyə xidmət göstərilmədiyi və başqa nömrəyə zəng etmələrinin istənildiyini bildiriblər. Üstəlik, təqdim olunan nömrə şəhər telefonuna aid olduğundan zəng etmək üçün balansda vəsait olmalıdır.


Lalə,BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar