Bir neçə gün öncə Abşeron rayonu, Qobu qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri ölüb.
Bu barədə
Bakupost.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 3 may 2025-ci il tarixində yol-nəqliyyat hadisəsi səbəbi ilə ağır xəsarət almış 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
"Dərhal yaralıya zəruri tibbi xidmətlər göstərilib, əməliyyat olunub, Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən intensiv müalicə prosedurlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Digər şəxsin isə müalicəsi xəstəxanada davam etdirilir", - deyə əlavə edilib.
Qeyd edək ki, iki gün öncə Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.
Aygün, Bakupost.az