Ru
10:47 / 03 Sentyabr 2024

Qəza törədib qaçan “Prius” marketə girdi - FOTO

Qəza törədib qaçan “Prius” marketə girdi -  FOTO
Eye

Paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saat 08:08 radələrində qeydə alınıb.

Belə ki, 77-DA-426 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin idarəetməni itirərək yolun kənarındakı marketə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Xəzər rayonu Sergey Yesenin küçəsində baş verib. “Toyota Prius” markalı avtomobil “Opel Zafira” markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb.

Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istəsədə də, idarəetməni itirərək obyektə dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar