Ru
22:43 / 08 İyun 2024

Qəzzaya hava, quru və dənizdən zərbələr: yüzlərlə ölən var

2298
İsrail ordusunun Qəzza zolağı boyunca hava, quru və dənizdən intensiv hücumlar həyata keçirməsi nəticəsində 200-dən çox insan həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" bildirib.

Şənbə günü mühasirəyə alınan əraziyə, xüsusilə Qəzzanın mərkəzindəki Deyr əl-Balah və Nuseyrat, cənubda Rəfah şəhərinin qərbindəki evlərə və şimalda Qəzza şəhərindəki bir sıra ərazilərə onlarla hava zərbəsi endirilib.

Qəzzanın Səhiyyə nazirliyi Əl-Əqsa Şəhidləri Xəstəxanasına əksəriyyəti uşaq və qadın olmaqla çox sayda ölü və yaralının gətirildiyini bildirib.

Qəzza hökumətinin mətbuat ofisindən verilən açıqlamada, İsrailin Nuseyrat və digər bölgələrə hücumları nəticəsində 210 nəfərin öldüyü bildirilib.


Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər