Ru
11:23 / 14 May 2025

Qubada dəhşət: Fəhlələri cərəyan vurdu - Ölən var

Qubada dəhşət:  Fəhlələri cərəyan vurdu - Ölən var
Eye

Qubada iki nəfəri elektrik cərəyanı vurub.

Bakupost.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib.

Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mersedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.

Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar