Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupunun finala keçə bilməməsi tənqid olunub.
Bakupost.az musavat.com-a istinadla xəbər verir ki, Azərbaycanda "Avroviziya" çərçivəsində musiqi prodüseri vəzifəsini icra edən Eldar Qasımovun istefası tələb edilib.
Sosial şəbəkədə Eldarın paylaşımlarına yüzlərlə şərhlər yazılıb. İstifadəçilərin böyük hissəsi onun bu postu tərk etməsini yazıb.
Onun ünvanına "Bəlkə postunuzu artıq uğurlu olacaq birinə təhvil verəsiniz?", Mən 3 ildir gəlib bura istefa ver deməkdən yoruldum, sən istefa verməməkdən yorulmadın. Səncanı, istefa ver, Eldar", "Təxmini nə vaxt gedərsən? bir səhv iş oldu qalib oldun. Oturmusan ömrümüzə. 3 ildir finala çıxa bilmirik, bu nə rəzillikdir? Sənlik deyil də bu iş" kimi şərhlər yazılıb.
Qeyd edək ki, 2023-cü ildə ölkəmizi təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməyib.