Ru
15:25 / 09 Noyabr 2026

İzmirdə fabrikdə güclü partlayış: ölənlərin sayı artdı - VİDEO

Eye

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində güclü partlayış baş verib.


"Bakupost" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

İlkin məlumata görə, çoxlu sayda ölü və yaralı var.

***

Dəmir-polad fabrikində baş verən partlayış nəticəsində 1 nəfər həyatını itirib, 15 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu məlumat yayıb.

***

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə İzmir Valiliyi məlumat yayıb.

Bildirilib ki, üçü ağır olmaqla 14 nəfər xəsarət alıb, 10 nəfər isə dağıntılar altında qalıb:

"Onların xilas edilməsi üçün axtarış işləri davam etdirilir"

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar