Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) bu gün Antalyada başlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, 196 ölkənin və Avropa Birliyinin iştirak etdiyi 12 günlük sammitdə 102 dövlət lideri və 300-dən çox nazir bir araya gələcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə 11-12 noyabr tarixlərində Liderlər Sammiti keçiriləcək.
Təxminən 1,1 milyon kvadratmetr ərazini əhatə edən tədbirdə iqlim böhranı, təmiz enerji, "sıfır tullantı" və dayanıqlı inkişaf kimi məsələlər müzakirə olunacaq.
Birləşmiş Millətlər Təşkilatı, Avropa Komissiyası, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Enerji Agentliyi kimi nüfuzlu təşkilatlar sammitdə yüksək səviyyədə iştirak edəcəklər. Konfrans çərçivəsində 160 pavilyon və 90 nümayəndə heyəti ofisinin yaradılması təsdiqlənib.