Quba rayonunda yağan qar faciə ilə nəticələnib.
Bakupost.az xəbər verir ki, KIA markalı avtomobil sürüşmə səbəbindən idarəetmədən çıxaraq qayadan aşıb.
Avtomobildə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.
Hadisə zamanı çəkilən video-görüntülərin azyaşlı uşaq tərəfindən çəkildiyi bildirilib.
Xoşbəxtlikdən ölüm olmayıb, avtomobildəkilər ağır xəsarətlərlə xəstaxanaya çatdırılıb.