Ru
18:47 / 08 May 2024

Qusar meşəsində ağaclar kəsilib? - Rəsmi açıqlama - VİDEO

3387

Qusar meşəsində 4200 ağac işarələnməsi və yaxın günlərdə kəsiləcəyi ilə bağlı iddialara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti reaksiya verib.

Bakupost.az -ın xəbərinə görə, Xidmətin rəisi Hikmət Əlizadə "Qafqazinfo-ya bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb:


“Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar

hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb”.

DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev də məsələ ilə bağlı açıqlama verib. DİN rəsmisi qeyd edib ki, qeyd olunan ərazidə aparılan bütün tikinti işləri dayandırılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

13.17

Qusar rayonunda meşələrdə ekoloji terror törədilir.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.


Eko-aktivistlər bildirirlər ki, Qusar meşəsində 4200 ağac işarələnib və yaxın günlərdə kəsiləcək:

“11 hektar ərazini Ekologiya və Təbii Sərvətlər Nazirliyi sotunu 3 min manata satıb. Kəsiləcək ağaclara işarələr də qoyulub. Ağacları kəsib yerində evlər, villalar tikəcəklər”.

Daha ətraflı videoda:




Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər