Ru
13:06 / 03 Fevral 2023

Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı - FOTO

9354
TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra ilk dəfə ictimai tədbirdə görünüb.


Bakupost.az Axşam.az-a istinadla bildirir ki, Ramin Bayramlı hazırda fəaliyyətinə Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində davam edir.

O, yanvarın 27-də ATU-nun professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.

Eyni zamanda tədbirdə yubilyara Ramin Bayramlı tərəfindən hədiyyə təqdim olunub.

Xatırladaq ki, R.Bayramlı 2021-ci ilin sentyabrın 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.
Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı -  FOTO
Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər