Ru
13:32 / 11 May 2024

Romada Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək

1119
Sabah İtaliyanın Roma şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Formu öz işinə başlayacaq.

Bakupost.az xəbər verir ki, Formun əsas mövzusu "Azərbaycan diasporu qlobal informasiya müharibəsində: reallıqlar, vəzifələr” olacaq.

Dünyanın 20-dən çox ölkəsindən diaspor nümayəndələrinin qatılacağı Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətin qəbul olanacağı gözlənilir.

Bundan əlavə, Formda “Azərbaycan qlobal informasiya müharibəsinin məcburi iştirakçısı kimi: 44 günlük Vətən müharibəsindən əvvəl və sonra”, “Azərbaycan diasporu qlobal informasiya savaşının ön cəbhəsində: real vəziyyət, vəzifələr və planlar” mövzularında məruzələr dinləniləcək.

Formda həmçinin, “DABF-ın təhsil layihəsi” və “Fondun yeni proqram təminatının yaradılması” lahiyələri təqdim olunacaq.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 1 il əvvəl - 2023-cü il, 13 may tarixində İsveç Krallığının paytaxtı Stokholm şəhərində təsis edilib. DABF-ın təsis toplantısında İsveç, Almaniya, Türkiyə, Hollandiya, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna, Polşada (birbaşa), Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Gürcüstan, Estoniya, ABŞ və Seneqalda (onlayn) fəaliyyət göstərən diaspor rəhbərləri, ictimai xadimlər iştirak edib.

Təsis toplantısında Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb. Ötən 1 il müddətində Fondun sıraları daha da genişlənib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər