Ru
17:24 / 19 May 2025

Rusiya absurd tələblərini təkrar edir - Sbiqa

Rusiya absurd tələblərini təkrar edir - Sbiqa
Eye

İstanbul görüşü Ukrayna və Rusiya arasında ciddi fikir ayrılığını üzə çıxarıb.
Bakupost.az “The New Voice of Ukraine”-ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sbiqa deyib.

O bildirib ki, Moskva atəşkəslə bağlı ciddi addımlar atmaqdan imtina edir və köhnəlmiş tələblərə sadiq qalır.

“İstanbul görüşü Rusiya və Ukrayna arasında daha bir ciddi fərqi göstərdi. Rusiya tamamilə keçmişə köklənib atəşkəsi rədd edir və 2022-ci ilin İstanbul danışıqlarına qayıtmağa çalışaraq üç il əvvəl irəli sürdüyü eyni absurd tələbləri təkrar edir,” – deyə Sbiqa bildirib.

Nazir vurğulayıb ki, Ukrayna hələ də əsl sülh prosesinə aparan ilk addım kimi tam və dərhal atəşkəsə nail olmağa sadiqdir.

Nazir Moskva üzərində beynəlxalq təzyiqin artırılmasının vacibliyini də vurğulayıb.

Elmina Qasımova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar