Ru
14:44 / 29 Aprel 2024

"Rusiya bizi başa düşəcək" - Oskanyan Azərbaycanla müharibəyə çağırdı

1190
"Ermənistana hakimiyyət dəyişikliyi, bacarıqlı, uzaqgörən, milli liderlər lazımdır".

Bakupost.az news.am -a istinadla xəbər verir ki, bunu aprelin 29-da Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.

O əlavə edib ki, müharibənin qorxusu ilə hərəkət etməkdən imtina etmək, Ermənistanın maraqlarını rəhbər tutmaq lazımdır.

Oskanyan eyni vektorlarla, lakin yeni reallıqlara əsaslanan müttəfiqlik danışıqlarının aparılmasının vacibliyini qeyd edib. Keçmiş nazir Ermənistanın müttəfiqinin bunu başa düşəcəyinə əmin olduğunu bildirib.

"Onun da yeni yanaşmalara ehtiyacı var, müttəfiqlik münasibətlərinə yenidən baxmaq vacibdir", - eks-nazir vurğulayıb.

Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi halında, bu, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün imkanlar yaradacaq.

“Cəmiyyətin qütbləşməsinə son qoymaq da vacibdir. Ermənistan polis dövlətinə çevrilmək ərəfəsindədir”, - deyə Vardan Oskanyan fikrini yekunlaşdırıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər