Ru
13:13 / 04 May 2024

“Rusiya hücum etsə, Litva müqavimət göstərə bilməyəcək” - Hərbi ekspert

1310
Xəbər verdiyimiz kimi, Litva Müdafiə Nazirliyi ABŞ taborunun planlaşdırdığı kimi 2026-cı ilə qədər deyil, bundan sonra qeyri-müəyyən müddətə qədər ölkəsində qalacağına qərar verib. Bu qərarın isə Rusiyanı qəzəbələndirəcəyi deyilir.

Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə Litvanın özünü Rusiyadan müdafiə etmək üçün belə bir addım atdığını bildirib:

“Ən pis ssenarini götürsək, yəni sabah Rusiya Litvaya qarşı müharibəyə başlasa, aydındır ki, Litva ordusu Ukrayna kimi uzunmüddətli müqavimət göstərə bilməyəcək. Litva NATO üzvü olduğuna görə istəyəcək ki, hansısa formada ABŞ ordusu onu müdafiə etsin. Böyük kontingent olmasa da, ABŞ həmin taboru briqdaya çevrə və əlavə qüvvələr cəlb edə bilər. Deməli, ABŞ taborunun orda varlığı Litvanın təhlükəsizliyini təmin edən amildir. Çünki heç kəs zəmanət verə bilməz ki, Rusiya hansısa ölkəyə qarşı aqressiv addım atmayacaq. Ona görə də hər bir dövlət hansısa formada tədbir görür”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər