Rusiya tərəfi Baltik dənizindəki vəziyyəti izləyəcək və lazım gələrsə, NATO-ya üzv ölkələrin təxribatlarına cavab verəcək.
Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Diplomat Estoniya Hərbi Dəniz Qüvvələrinin NATO ordusunun dəstəyi ilə neytral sularda ələ keçirməyə cəhd etdiyi Qabon bayrağı altında Rusiya limanına üzən “Yaquar” gəmisi ilə bağlı insidenti belə şərh edi:
“NATO-nun Baltikyanı ölkələrdə beynəlxalq hüququ pozaraq təxribat xarakterli hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən aydın şəkildə qiymətləndirilib”.
Zaxarovanın sözlərinə görə, alyans ölkələrinin hərəkətləri ölkənin maraqları və gəmiçilik təhlükəsizliyi üçün risk yaradarsa, Rusiya onlara cavab verməyə hazır olacaq. Diplomat vurğulayıb ki, NATO dəniz naviqasiyası azadlığına qarşı fəal şəkildə fəaliyyət göstərir. O, etiraf edib ki, gələcəkdə NATO-ya üzv ölkələrin hərəkətləri “piratçılığa” çevrilə bilər.
Zaur,
BakuPost