Ru
11:04 / 09 Aprel 2024

Rusiyadan Lənkərana qızlarının nişanına gələn ata və ana öldü - Yenilənib

31639
Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ana dəm qazının qurbanı olub.

Bakupost.az Report-a sitinadə xəbər verir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

***
17:45

Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, ilkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.


Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Şərhlər
  • Rövşən Muradov

    Allah rəhmət eləsin, allah əzizlərinə səbr versin.Amin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər