Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:04 / 04 İyul 2024

Sabahın havası - 37° isti

1493
İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

Bu barədə Bakupost.az -a Milli Hidremeteorologiya İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar