Ru
15:31 / 30 Aprel 2024

Sabir Rüstəmxanlı Müsavat Dervişoğlunu təbrik etdi

1600

Vətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili Sabir Rüstəmxanlı Müsavat Dərvişoğlunu İYİ Pariyanın genel başkanı seçilməsi münasibəti ilə təbrik edib.


Bakupost.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizi İYİ Partiyanın başqanı seçilməniz dolayısıyla təbrik edirəm. Qardaş Türkiyə Cumhuriyyətinin siyasi mühitində qısa müddət ərzində özünəməxsus mövqeyi olan İYİ partiya hər zaman milli mövqeyi və qətiyyəti ilə seçilib. Sizinlə illərə dayanan şəxsi tanışlığımız məndə əminlik yaradır ki, İYİ partiya Sizin rəhbərliyiniz dönəmində daha böyük uğurlara imza atacaq. Bir daha Sizi yeni görəviniz münasibətilə təbrik edir, işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər