Ru
14:39 / 01 Aprel 2024

"Seçkidə uduzdum, evlənirəm" - İbrahim Tatlısəs

3469
Türkiyəli məşhur müğənni İbarim Tatlısəs evlənəcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, “İmperator” ləqəbli müğənni seçkinin nəticəsinin açıqlanmasından sonra “Seçkidə uduzdum, evlənirəm. Bütün subaylara salam” olsun deyərək insanları təəccübləndirib.

Daha əvvəl bir neçə dəfə siyasətə qoşulan, lakin uğursuzluğa düçar olan İ.Tatlısəsin hələlik kiminlə evlənəcəyi məlum deyil.

Xatırladaq ki, İbrahim Tatlısəs ilk dəfə Ədalət Tatlısəslə evlənib, onların Əhməd, Güldən və Gülşən adlı 3 övladı olub. Tatlısəs daha sonra Pərihan Savaşla ailə qurub və onların Mələk Zübeydə adlı bir qızı var. Məşhur müğənni Dərya Tuna ilə üçüncü evliliyini edib. Tuna və Tatlısəs cütlüyünün evliliyindən İdo adlı oğlu olub. İmperator 2011-ci ildə Ayşəgül Yıldızla evlənib və onların Əlif Ada adlı bir qızı var. Müğənninin 1990-cı illərdə qısamüddətli münasibətdə olduğu İşıl Çıtakdan isə Dilan adlı qızı olub.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər