Ru
14:17 / 13 May 2025

Şəhid qızı dəfn olundu - Mərasimdə kimlər vardı? - VİDEO

Şəhid qızı dəfn olundu - Mərasimdə kimlər vardı? - VİDEO
Eye


Cəlal Qurbanov,
"Mənim atam qəhrəmandır" layihəsinin rəhbəri

Bu gün qəhrəman şəhidimiz, polkovnik-leytenant Zaur Cəfərovun bizlərə əmanət olan övladı – Selbi balamızı son mənzilə yola saldıq.

Vətən uğrunda canını fəda etmiş bir qəhrəmanın yadigarı olan Selbi balamız, cəmi 13 yaşında – uşaqlıqla gənclik arasında, saf və mələk tək bir yaşda bu dünyadan köçdü. O, hələ qanad açmamış bir arzular quşu idi. Uçdu… mələk oldu… Atasına qovuşdu.

Amma özü ilə bərabər qürur, hüzn və sonsuz sevgi dolu bir iz buraxdı. Bu gün onu ata həsrəti ilə deyil, ata ilə əbədi qovuşmağa yola saldıq. O, artıq atasının yanındadır – cənnətdə, əbədi rahatlıq içində.
Selbi balamız tədbirlərin birində çıxış edərək demişdi: “Mən atamı yuxularımda görürəm. Ona görə gecələri çox sevirəm.” İndi isə o, atasını yalnız yuxularda deyil, əbədiyyətdə – cənnətdə görəcək. Onlar artıq bir yerdədirlər əl-ələ, ruh-ruha qovuşmuş halda. Bu dünya onları ayırsa da, əbədiyyət birləşdirdi. Bu vida günündə Selbi ilə vidalaşmağa gələn hər kəsə – şəhid analarına, atalarına, şəhid ailələrinə, eyni zamanda vətənpərvər incəsənət xadimlərimizə xüsusi təşəkkürümüzü bildiririk. Selbinin sinif yoldaşları, müəllimləri, yaxın rəfiqələri də bu gün onunla vidalaşdılar. Onlar göz yaşları içində Selbi balamıza son baxışlarını, son dualarını verdilər. O, təkcə bir qəhrəmanın qızı deyil, həm də bütün bir sinfin, bir məktəbin sevimlisi idi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə, Heydər Əliyev Fondunun dəyərli nümayəndələrinə və başda Fondun İcraçı direktoru, şəhid ailələrinin doğması olan hörmətli Anar Ələkbərova dərin minnətdarlığımızı bildiririk.

Sizin mənəvi dəstəyiniz və varlığınız Selbi balamızın atasına layiq şəkildə yola salınmasına böyük töhfə verdi. Allahdan Selbi qızımızın onu çox sevən anasına, qardaşına və bacısına ailəsinə səbir diləyirik. Ruhu şad, məkanı cənnət olsun. O, cənnətə sığınan mələklərdən biri olaraq, həm atasının, həm də xalqının yaddaşında əbədi yaşayacaq!

P.S.Sabah Heydər Əliyev Fondunun dəstəyi ilə Təzəpir məscidində Selbi Cəfərlinin 3 və 7 mərasimi keçiriləcək.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar