Ru
17:13 / 20 İyun 2022

Şəmkirdə 75 kq yararsız ət aşkarlandı - FOTO

1049

Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.



Bu barədə Bakupost.az -a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.


Bildirilib ki, həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib.

Araşdırmalar davam etdirilir.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər