Ru
14:54 / 30 Aprel 2024

Simonyanın təklifi Bakıda bəyənildi - Açıqlama

1820
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar:

“Bu məsələni müzakirə etməliyik. Hazırda Rusiyadan aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır".




Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Ermənistanın illik qaz istehlakı təqribən 2,7-2,8 mlrd. m3-dir. Ermənistanın 85 faiz qaz tələbatını Rusiya ödəyir, yerdə qalan 15 faizə yaxın qazı isə İrandan alır. Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür. Ona görə də bu gün rəsmi İrəvan alternativ qaz mənbələri axtarır. Bu kontekstdə Ermənistanın Azərbaycandan qaz almağa müsbət yanaşması maraqlı məsələdir:

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər. Ermənistan, nəhayət ki, mifik ideyalardan əl çəkib reallığı qəbul etməli, real sərhədlərinin təminatı haqqında düşünməlidir – bunun üçün unikal tarixi şans yaranıb”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər