“Müalicəm Respublika Neyrocərahiyyə Xəstəxanasında davam edir. Bu gün ikinci dəfə MRT olunduqdan sonra xəstəxanadan nə zaman evə buraxılacağım bilinəcək. Başımdan tramva almışam və çat da var. Damarım partlayıb”.
Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a skuterlə toqquşaraq xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova deyib.
“Yolu keçərkən skuterlə toqquşdum. Teatrın yaxınlığı olduğu üçün iş yoldaşlarım mənə kömək etdilər. Məni skuterlə vuran şəxsin kimliyini bilmirəm. Çünki hadisə nəticəsində özümdə deyildim. Xəstəxanaya yerləşdirildikdən sonra oradan hüquq-mühafizə orqanlarına zəng edib, məlumat verdilər. Nəticədə həmin şəxsi polisə şikayət etdim. Hadisə araşdırılır. Öncə belə bir fikrim yox idi. Amma ciddi xəsarət aldım və həmin şəxsin ən azından məndən üzr istəmək borcu var”, - deyə aktrisa bildirib.