Ru
17:15 / 20 Yanvar 2026

ARDNF Braziliya ilə danışıqlar aparır – Fond Latın Amerika ölkələrilə maraqlanır

ARDNF Braziliya ilə danışıqlar aparır – Fond Latın Amerika ölkələrilə maraqlanır
Eye

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Braziliya bazarında mümkün investisiyalarla bağlı danışıqlar aparır.

Bakupost.az Braziliya mətbuatına istinadən xəbər verir ki, ARDNF təxminən 80 milyard ABŞ dolları portfelini genişləndirmək və coğrafi diversifikasiyanı artırmaq məqsədilə Braziliya maliyyə sektorunun nümayəndələri ilə təxminən altı ay əvvəl danışıqlara başlayıb. Bu danışıqlar bu gün (20 yanvar) İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda yenidən gündəmə gəlib.

Braziliya mətbuatı investisiya strategiya çərçivəsində ARDNF Braziliyanı Latın Amerikasına giriş qapısı kimi gördüyünü vurğulayıb.

Bu addım, qlobal miqyasda investorların riskləri yaymaq və müxtəlif bazarlara çıxış imkanlarını genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Beynəlxalq maliyyə mütəxəssisləri qeyd edirlər ki, ABŞ və Avropa bazarlarında qeyri-sabitlik fonunda belə addımlar, fondların portfellərini regional və sektorlar arasında daha balanslı şəkildə yerləşdirməsinə imkan yaradır.

ARDNF-nin maliyyə resurslarını araşdıran media yazı ki, şirkətin cari investisiya paylanmasına baxıldıqda, portfelin əsas hissəsi Avropa (29,1%) və Şimali Amerika (24,8%) bazarlarında yerləşir. Asiya, Yaxın Şərq və Okeaniya nisbəti daha aşağıdır, Latın Amerika isə cəmi 0,1% paya malikdir. Bu, Braziliyada investisiya imkanlarının potensial genişliyini ortaya qoyur.

Danışıqlarla bağlı Braziliya mediasına danışan mənbənin sözlərinə görə, hələ ki, fondun Braziliyaya hansı ölçüdə və hansı sahələrdə yatırım edəcəyi açıqlanmayıb, həmçinin nəzərdə tutulan məbləğ barədə rəsmi detallı məlumat yoxdur. Danışıqların yaxın aylarda davam edəcəyi gözlənilir, bu da ARDNF-nin Latın Amerikada mövqeyini gücləndirmək strategiyasının davamı hesab edilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar