Bu gün günorta saatlarında dünyadakı əksər internet resurslarında ciddi problem yaranıb. Sosial şəbəkə nəhəngi “X” də (“Twitter”) problemdən təsirlənib. Tətbiqə daxil olmaq istəyənlər “Internal server error – Error code 500” bildirişi ilə üzləşib. Zaman-zaman tətbiqdə anlıq texniki nasazlıqlar yaranıb.
Bakupost.az xəbər verir ki, “Cloudflare” sistemlərində bəzi server problemləri müşahidə olunub. Bu nasazlıqlar qlobal miqyasda internetdə kəsintilərə səbəb olub. Hələlik hadisənin dəqiq səbəbi bilinmir, lakin internet saytlarına, mobil tətbiqlərə və sosial media platformalarına girişdə çətinliklər davam edir.