Sudanın Azərbaycana yeni təyin olunmuş səfiri Eltayeb Elqaylani Mustafa Prezident İlham Əliyevdən sudanlı tələbələr üçün ayrılan təqaüdlərin artırılması xahiş edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.
Həmçinin səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib.
O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğulayıb.