Ru
15:13 / 25 Noyabr 2026

Süni intellekt kiberhücumları daha təhlükəli hala salır

Süni intellekt kiberhücumları daha təhlükəli hala salır
Eye

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi son aylarda süni intellektdən istifadə edilən kiberhücumların artdığını açıqlayıb. Hakerlər sistem və şəbəkələrə sızmaq üçün zəiflikləri daha sürətlə aşkar edən avtomatlaşdırılmış vasitələrdən istifadə edirlər.

“Bakupost” xəbər verir ki, qurumun məlumatına görə, süni intellekt əsaslı hücum alətləri əvvəldən mövcud olan təhlükəsizlik boşluqlarından daha sürətli yararlanmağa imkan verir.

Mərkəz bildirib ki, qeydə alınan insidentlərdə istifadə olunan zəifliklər yeni deyil. Lakin süni intellekt hücumların həyata keçirilmə sürətini artırır.

ABŞ Federal Təhqiqat Bürosu da daha əvvəl hakerlərin süni intellekt dəstəkli alətlərlə görünməmiş sürətlə kiberhücumlar həyata keçirdiyi barədə xəbərdarlıq edib.

Britaniya qurumu vurğulayır ki, belə hücumların bir çoxunun qarşısını əsas kibertəhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar