Almaniyada Berlin və Brandenburq supermarketlərində kokain tapılıb.
Bakupost.az xəbər verir ki, polis reyd zamanı banan qutularında gizlədilmiş narkotik aşkarlayıb.
Məlumata görə, hər supermarketdə 20-100 kq narkotik tapılıb.
Polis mənbəni və digər marketlərdə axtarışları davam etdirir.
Hər banan qutusunda minimum bir bağlama kokain olub.
Berlin polisi məhsulun gömrük araşdırmasını aparır.
Qeyd edək ki, bu supermarketdə narkotik aşkarlanması ilk faktı deyil. Ötən il başqa şəhərdə supermarketdə 500 kq kokain tapılmışdı.
Aygün Musayeva
BakuPost