Ru
12:59 / 27 May 2025

TƏBİB rəhbəri daha bir xəstəxananın direktorunu işdən çıxardı - FOTO

TƏBİB rəhbəri daha bir xəstəxananın direktorunu işdən çıxardı - FOTO
Eye

Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamilov Emil Vaqif oğlu işdən çıxarılıb.

Bakupost.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Sevinc Məmmədova icra edəcək.

S.Məmmədova ötən ilin iyun ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim-direktor müavini təyin olunmuşdu.

Xatıradaq ki, tibb üzrə fəlsəfə doktoru olan Emil Kamilov 2023-cü ilin noyabr ayında Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi və ixtisasca cərrahdır.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar