Gəncədə 15 yaşlı yeniyetmə oğlan intihar edib.
Bakupost.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış massivində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən avtomobil təmir sexində 15 yaşlı Ümid adlı yeniyetmə özünü asıb. Onun meyiti qardaşı tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb olunub.
İntihar hansı səbəbdən baş verdiyi məlum deyil. Məlumata görə, intihar edən yeniyetmə sözügedən avtomobil təmir sexində qardaşının yanında usta köməkçisi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.