Təyyarədə halı pisləşən Tural Mehdiyevə həkim tərəfindən ilkin tibbi yardım göstərildi, daha sonra eniş qərarı verildi.
Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında həcc ziyarətindən qayıdan zəvvar Zaur Mehdiyev deyib.
"Tural Mehdiyevin halı iki gün öncə pisləşmişdi. Ziyarəti başa vurduqdan sonra ilk qrupla göndərildi. Havaya qalxdıqdan sonra halı pisləşməyə başladı, təyyarədəki həkim ilkin tibbi yardım göstərdikdən sonra təcili eniş etməli olduğumuzu bildirdi. Sonradan verilən məlumata görə T.Mehdiyev reanimasiyaya yerləşdirilib",- deyə Z.Mehdiyev bildirib.