Ru
18:25 / 25 Noyabr 2026

Tonoyana qarşı yeni ittiham irəli sürüldü

Tonoyana qarşı yeni ittiham irəli sürüldü
Eye

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb.


"Bakupost" xəbər verir ki, bu barədə “Datalex” məlumat yayıb.

Məlumata görə, Tonoyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Eyni cinayət işi üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Noravar Yolçyana da ittiham irəli sürülüb. O, Tonoyana kömək etməkdə təqsirləndirilir.

İttiham tərəfinin versiyasına əsasən, onların əməlləri dövlətin qanuni maraqlarına əhəmiyyətli ziyan vurub və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Tonoyan yararsız aviasiya sursatlarının satın alınması ilə bağlı cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunub. Bu iş çərçivəsində keçmiş nazir həbs edilib. 2024-cü ilin avqustunda isə girov müqabilində həbsdən azad olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar