Ru
21:13 / 21 Sentyabr 2024

Tovuzda gərgin anlar: Azarkeşlər “Araz”ı "atəş"ə tutdu

Tovuzda gərgin anlar: Azarkeşlər “Araz”ı "atəş"ə tutdu
Eye

“Turan-Tovuz” Azərbaycan Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”ı qəbul edir.

Bakupost.az Komanda.az-a istinadən xəbər verir ki, “Araz-Naxçıvan” “Turan Tovuz”la matçın 55-ci dəqiqəsində qol vuraraq üstünlüyünü 2:1-ə çatdırıb.

Qol sevincini tovuzlu azarkeşlərin gözü önündə qeyd edən Felipe Santos azarkeşlər tərəfindən plastik su qabları ilə “atəş”ə tutulub.

Azarkeşlər ilk qoldan sonra sevincini emosional şəkildə qeyd edən “Araz-Naxçıvan”ın tribunada əyləşən rəhbərliyinə də ciddi təzyiq göstərib, yerinə oturmasını tələb edib.

“Araz-Naxçıvan” hazırda 2:1 hesabı ilə qalib gəlir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar