Təbrizin "Traktor" futbol klubunun qapıçısı Parsa Cəfəri BƏƏ-nin "Əl-Vəsl" klubuna qarşı oyunda qəflətən huşunu itirib.
“Bakupost” xəbər verir ki, AFK Çempionlar Liqasının Elit mərhələsi çərçivəsində baş tutan qarşılaşmanın 86-cı dəqiqəsində onun halı pisləşib.
Tibbi briqada təcili meydana daxil olaraq futbolçuya ilkin yardım göstərib, Parsa Cəfəri əvəzlənib və xəstəxanaya çatdırılıb.
Hazırda Parsa Cəfərinin səhhəti hazırda normaldır.